Tez-tez Soruşulan Suallar

Tez-tez Soruşulan Suallar

1. My School Education hansı ölkələrdə təhsil imkanları təqdim edir?

My School Education hazırda Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, İran, Kipr və Gürcüstanda təhsil almaq istəyən tələbələrə peşəkar məsləhət xidmətləri göstərir.

2. Xaricdə təhsil almaq üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlər ölkəyə və universitetə görə dəyişir, lakin ümumilikdə şəxsiyyət vəsiqəsi, attestat və ya diplom, xarici pasport, motivasiya məktubu və dil biliyini təsdiq edən sənədlər tələb oluna bilər.

3. Təqaüd proqramları təqdim edirsinizmi?

Bəli. Müxtəlif ölkə və universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələrə təqaüd proqramları haqqında məlumat verir və müraciət prosesində tam dəstək göstəririk.

4. Təhsil xərcləri haqqında məlumat necə əldə edə bilərəm?

Təhsil xərcləri universitetə və ölkəyə görə dəyişir. Əlaqə saxlayaraq sizə uyğun təhsil proqramları və xərclər barədə ətraflı məsləhət ala bilərsiniz.

5. Dil biliyi olmayan tələbələr də müraciət edə bilərmi?

Bəli. Əgər tələbənin dil biliyi yetərli deyilsə, xaricdə dil hazırlıq proqramlarına yönləndirilə bilər. Bu proqramlar vasitəsilə tələbə həm dili öyrənir, həm də universitetə hazırlaşır.

6. Universitet seçimi və yerləşdirmə prosesi necə həyata keçirilir?

Tələbənin istəkləri, akademik göstəriciləri və maddi imkanları nəzərə alınaraq ən uyğun universitetlər seçilir və müraciət prosesi tam şəkildə My School komandası tərəfindən idarə olunur.

7. My School-un xidmət haqqı necədir?

Xidmət haqları göstərilən xidmət növünə və müraciət edilən ölkəyə görə dəyişə bilər. Ətraflı məlumat üçün bizimlə birbaşa əlaqə saxlamağınız tövsiyə olunur.

8. Viza dəstəyi təqdim edirsinizmi?

Bəli. Viza üçün sənədlərin hazırlanmasından müsahibəyə qədər olan mərhələdə tələbələrə tam dəstək veririk.