Rusiya'da Təhsil

Rusiya'da Təhsil

Rusiya'da Təhsil

Rusiya təhsil sahəsində çox zəngin ölkədir. Burada universitet təhsili almaq istəyən tələbələr seçdikləri ixtisas üzrə əsas və dərin məlumatları öyrənə bilərlər. Rusiya daha çox riyaziyyat, fizika və təbiət elmləri üzrə güclü universitetleri ilə tanınır. Rusiya: həkimlər, fiziklər, geoloqlar, kimyaçılar, mühəndislər, riyaziyyatçılar və proqramçılar kimi mütəxəssislərin hazırlanmasında tanınmış dünya lideridir. Rusiya universitetləri dünya reytinqində ön sıralardadır. Bunun səbəbi isə, təhsilin keyfiyyəti çox yüksək səviyyədə olmasıdır. Universitetlərdə ümumilikdə 400’dən çox təhsil proqramı var. Bundan əlavə, sizin Rusiya universitetlərində, subbakalvr bakalavr, magistratura, doktorantura və qıyabi təhsil proqramlarında iştirak etmək şansınız var. Rusiya universitetlərinin ödənişləri digər universitetlərlə müqayisədə daha münasibdir. Bu gün Rus dilini öyrənmək istəyənlər çoxdur. Universitetdə Rus bölməsində təhsil almaq istəyən tələbələr üçün, böyük üstünlükdür. Dünyada təxminən 260 milyon insan Rus dilində danışır, 10 milyon yarıma yaxın əcnəbi isə, daim Rus dilini öyrənir. Universitetlərdə təkcə Rus dilində deyil, İngilis dilində də təhsil ala bilərsiniz. Universitetlər, sizə təhsilə başlamazdan əvvəl 1 il ərzində dil öyrənmək şansını da təklif edir.

Universitetlər, şəhərlər, təhsil haqları və s. haqqında daha ətraflı məlumat almaq və sizə ən uyğun variantları öyrənmək üçün, peşəkar məsləhətçilərimizlə əlaqə saxlaya bilərsiniz.

Biz sizə ən sərfəli variantları təklif etməkdən və bütün seçimlərinizi nəzərə alaraq uğurlu tələbə olmağınıza töhfə verməkdən, məmnun olarıq.